12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 48 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib.
O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib.
Toplam 151 kq (66+85) nəticə göstərən Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.