Bakı 2017: Misirli Şaima Haridi qızıl medal qazandı

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Körpücük üzərinə çəkisi 90 kq-dan yuxarı olan qadınlar çıxıblar. Bu qrupda heç bir təmsilmiz olmayıb.

Bu çəkidə qızıl medalı toplam 275 kq (120+155) nəticə ilə misirli Şaima Haridi tutub.

Gümüş medalı toplam 230 kq (99+131) nəticə ilə indoneziyalı Nurul Akmal, bürüncü isə toplam 221 kq (95+126) nəticə ilə tunisli Marva Jelassi qazanıb.

Paylaş
Şərh yaz