12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 69 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Onlardan türkiyəli atlet Daniyar İsmayılov bütün rəqiblərini üstələməyi bacarıb. Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş bu atlet, toplam 323 kq (151+172) nəticə göstərərək qızıl medala sahib çıxıb.
Gümüş medalı iranlı Məcid Əsgəri 316 kq-la (139+177), bürünc medalı isə özbəkistanlı Doston Yokubov 314 kq-la (137+177) qazanıb.