Boyanka Kostova da Qətərdə qüvvəsini sınadı

19-23 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” davam edir. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan daha biri – Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırma hərəkətində isə 95 kq-ı ram edib. Toplam 175 kq (80+95) nəticə ilə Boyanka Kostova bu çəkidə 10-cu yeri tutub.

Paylaş
Şərh yaz