Boyanka Kostova da qüvvəsini sınadı

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq. Onların arasında Azərbaycan yığmasının 3 üzvü də var.

Onlardan biri – Boyanka Kostova 59 kq çəki dərəcəsinin A qrupunda mübarizəyə qoşulub.

Təəssüf ki, idmançımız birdən qaldırma hərəkətində uğursuz çıxış edib. O, 103 kq-ı üç yanaşmanın heç birində ram edə bilməyib.

Təkanla qaldırma hərəkətində 120 kq nəticə göstərən Kostova, bu hərəkətdə 8-ci yeri tutub.

 

Paylaş
Şərh yaz