9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü davam edir.
Körpücük üzərinə çəkisi 89 kq-a qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kq (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kq (127+154) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə toplam 271 kq (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.
Təbrik edirik!
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
89 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tağızadə Ceyhun | 1995 | Lənkəran | Zirvə | 88.7 | 135 | 160 | 295 |
2. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zirvə | 87.5 | 127 | 154 | 281 |
3. | Həsənli İsa | 2002 | Lənkəran | Zirvə | 81.7 | 120 | 151 | 271 |
4. | Mamayev Yaşar | 2003 | Neftçala | Zirvə | 83.3 | 116 | 125 | 241 |