Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.
İkinci yarış günündə növbəti maraqlı mübarizə 85 kq çəki dərəcəsində gedib. Qızıl medalın sahibini kiçik məqam müəyyən edib.
Lənkəranlı atlet Ceyhun Tağızadə toplam 318 kq (145+173) nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalı boynundan asıb. Sumqayıtlı gümüş medalçı Kamran İsmayılov da eyni nəticə 318 kq (142+176) göstərsə də, yekun çəkini rəqibindən daha gec qaldırdığına görə ikinciliklə kifayətlənib.
Bürünc medal toplam 312 kq (146+166) nəticə göstərən paytax atleti Sənan Mirzəyevə qismət olub.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 85 kq. A qrupu.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tağızadə Ceyhun | 1995 | Lənkəran | Zirvə | 83.30 | 145 | 173 | 318 |
2. | İsmayılov Kamran | 1993 | Sumqayıt | Zirvə | 85.00 | 142 | 176 | 318 |
3. | Mirzəyev Sənan | 1999 | Bakı | Spartak | 84.80 | 146 | 166 | 312 |
4. | Səlimov Fuad | 1999 | Bakı | Spartak | 81.80 | 125 | 166 | 291 |
5. | Şükürlü Mayıl | 2001 | Bakı | Təhsil | 77.50 | 115 | 135 | 250 |
6. | İmranov Rövşən | 1999 | Bakı | Spartak | 80.50 | 100 | 140 | 240 |
7. | Səmədli Ümid | 1997 | Neftçala | Zirvə | 82.20 | 107 | 116 | 223 |
8. | Əliyev Ayaz | 1996 | Bakı | Spartak | 83.90 | 105 | 0 | 0 |
9. | Qocayev Emin | 1988 | Gəncə | Təhsil | 84.10 | 0 | 0 | 0 |
10. | Bağırov Emil | 1997 | Abşeron | Zirvə | 85.00 | 115 | 0 | 0 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action