Ceyhun Tağızadə qızıl medalçıdır!

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Növbəti qaliblər 85 və 94 kq çəki dərəcələrində müəyyənləşib.

Yaşı 20-yə qədər olan gənclər arasında 85 kq çəki dərəcəsində qızıl medala toplam 315 kq (145+170) nəticə ilə Hüseyn İsmayılov sahib çıxıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medala isə toplam 326 kq (145+181) nəticə ilə Ceyhun Tağızadə layiq görülüb.

Yaşı 20-yə qədər olan gənclər arasında 94 kq çəki dərəcəsində qızıl medalı toplam 280 kq (133+147) nəticə ilə Əliş Nəzərov qazanıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medalı isə toplam 231 kq (105+126) nəticə ilə Mürsəl Quliyev əldə edib.

 

Kişilər. 85 kq. U-20.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. İsmayılov Hüseyn 1999 Yevlax Zirvə 84.6 145 170 315
2. Bağırov Emil 1997 Xırdalan Zirvə 82.9 115 140 255

 

Kişilər. 85 kq. U-23.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 83.8 145 181 326
2. Beskov Kamran 1996 Bakı Təhsil 83.9 115 150 265
3. Cabbarzadə Əşrəf 1995 Lənkəran Təhsil 79.7 96 126 222

 

Kişilər. 94 kq. U-20.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil 92.8 133 147 280
2. Qasımlı Sərxan 1998 Qazax UGİM 85.3 105 136 241
3. Məmmədli Əli 1999 Lənkəran Zirvə 85.5 110 130 240
4. Səfərli Şamo 2002 Qobustan UGİM 93.9 95 120 215

 

Kişilər. 94 kq. U-23.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Quliyev Mürsəl 1994 Samux Zirvə 85.7 105 126 231

 

 

Paylaş
Şərh yaz