Ceyhun Tağızadə də mübarizəyə qoşuldu

İordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatmaq üzrədir. 2-8 sentyabr 2016-cı il tarixlərində davam edəcək yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Dünən kişilər arasında 85 kq çəki dərəcəsində Ceyhun Tağızadə mübarizə aparıb.
“Lənkəran-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində isə 175 kq çəkinin öhdəsindən gəlib. Toplam 315 kq (140+175) nəticə göstərən atletimiz yekun sıralamada 5-ci yeri tutub.

c1-1024x683 c2-e1473234066831

Paylaş
Şərh yaz