14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk yarış günü davam edir.
Körpücüyə bu dəfə çəkisi 61 kq-a qədər olan kişilər çıxıblar. Dəniz Cabbarlı toplam 245 kq (115+130) nəticə ilə bütün rəqiblərini üstələyib. Toplam 215 kq (100+115) nəticə ilə Murad Həsənli 2-ci, toplam 173 kq (78+95) nəticə ilə Amil İsgəndərov 3-cü olub. Hər 3 idmançı həm gənclərdə, həm də böyüklərin yarışında eyni pillədə qərarlaşıblar.
Kişilər. 61 kq
N | Adı | İl | Şəhər / Rayon | Təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Dəniz Cabbarlı | 2006 | Lənkəran | UGİM | 60.92 | 115 | 130 | 245 |
2. | Murad Həsənli | 2008 | Yevlax | UGİM | 59.84 | 100 | 115 | 215 |
3. | Amil İsgəndərov | 2008 | Yevlax | UGİM | 60.25 | 78 | 95 | 173 |
4. | Ömər Rzayev | 2008 | Gəncə | UGİŞM-1 / Təhsil RİM | 60.23 | 79 | 93 | 172 |
5. | Eldar Eminov | 2007 | Şamaxı | Şamaxı | 60.75 | 75 | 85 | 160 |