5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 215 kq (95+120) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq (71+91) nəticə ilə Xəyyam Allahverdiyev gümüş, 160 kq (70+90) nəticə ilə Dəniz Bağırov isə bürünc medal qazanıb.
Təbrik edirik!
Oğlanlar. 55 kq
N | Adı | Təvəllüdü | Şəhər /Rayon | Təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Dəniz Cabbarlı | 2006 | Lənkəran | UGİM / ARGİN | 55.90 | 95 | 150 | 215 |
2. | Xəyyam Allahverdiyev | 2007 | Şamaxı | “Cəngi” AAK | 54.50 | 71 | 91 | 162 |
3. | Dəniz Bağırov | 2008 | Lənkəran | UGİŞM / “Təhsil” RİM | 54.50 | 70 | 90 | 160 |
4. | Nihat Zairov | 2006 | Bakı | RİOEUGİM-1 / “Təhsil” RİM | 43.48 | 61 | 70 | 131 |
5. | Samir Əliyev | 2005 | Bakı | RİOEUGİM-1 / “Təhsil” RİM | 54.40 | 59 | 69 | 128 |
6. | Orxan Kaltayev | 2008 | Balakən | “BAF” AAK | 54.60 | – | – | – |