Dadaş Dadaşbəyli 2025-ci ilin “İdman səfiri” seçilib

Yığma komandamızın lideri, Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısı Dadaş Dadaşbəyli 2025-ci ilin “İdman səfiri” seçilib. Bu qərar martın 18-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında verilib.
2025-ci il üçün “İdman səfirləri”nin təqdimatlarından sonra səsvermə yolu ilə 11 namizəd arasından 5 nəfər “İdman səfiri” seçilib. Dadaş Dadaşbəyli ilə yanaşı, bu ada Aliyə Paşayeva (bədii gimnastika), Fəridə Əzizova (taekvondo), Orxan Səfərov (cüdo) və Xəyyam Orucov (milli idman növləri) layiq görülüblər.

Paylaş
Şərh yaz