Qeyd edək ki, dünya çempionatında 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli 14 dekabr tarixində körpücük üzərinə çıxacaq.
Dadaş Dadaşbəyli dünya çempionatındakı çıxışına hazırdır
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bəhreyndə keçirilən dünya çempionatında iştirak edən komanda üzvləri ilə görüşüb. Firdovsi Umudov yarışda çıxış edəcək atletimiz Dadaş Dadaşbəyliyə federasiya rəhbərliyi adından uğurlar arzulayıb.