İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davaç edir. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Onlardan daha ikisi bu gün körpücük üzərinə çıxıb. Orxan Zeynalov və Kənan Əliquliyev 77 kq çəki dərəcəsində mübarizə aparıblar.
Kənan Əliquliyev birdən qaldırma hərəkətində 133 kq, təkanla qaldırmada isə 163 kq-ı ram edib. O, toplam 296 kq (133+163) nəticə ilə yekunda 4-cü yeri tutub.
Orxan Zeynalov birdən qaldırma hərəkətində 128 kq, təkanla qaldırmada hərəkətində 157 kq-ı başı üzərinə qaldırıb. O, toplam 285 kq (128+157) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.