Bu gün onlardan daha ikisi – İsmayıl Baxışov və Əlimərdan Alxasov da körpücük üzərinə çıxıblar. Onlar yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 77 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
İsmayıl Baxışov birdən qaldırma hərəkətində 110 kq nəticə ilə 12-ci, təkanla qaldırma hərəkətində isə 145 kq nəticə ilə 9-cu olub. Toplam 255 kq (110+145) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 12-ci yeri tutub.
Əlimərdan Alxasov birdən qaldırma hərəkətində 114 kq nəticə ilə 10-cu, təkanla qaldırma hərəkətində isə 151 kq nəticə ilə 7-ci olub. Toplam 265 kq (114+151) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 7-ci yeri tutub.