İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.
Yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 55 kq-a qədər olan atletlər mübarizəsi maraqlı alınıb. Toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qızıl medala layiq görülüb. Qalib atlet AAAF TV-yə açıqlamasında gələcəkdə Avropa çempion olmaq istəyini dilə gətirib.