Əli Şükürlü Qran-Pridə qüvvəsini sınadı

4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışı davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Bu gün onlardan daha biri – Əli Şükürlü mübarizəyə qoşulub. O, 102 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 365 (165+200) kq nəticə göstərib. Şükürlü yeku sıralamada 8-ci yeri tutub.

Paylaş
Şərh yaz