Elməddin Hüseynov də qüvvəsini sınadı

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.

Onlardan biri – Elməddin Hüseynov da medal mübarizəsinə qoşulub. O, yaşı 17-yə qədər olan atletlər arasında 56 kq çəki dərəcəsində yarışıb.

Elməddin birdən qaldırma hərəkətində 98 kq nəticə göstərərək bu hərəkətdə 4-cü yeri tutub.

Hüseynov təkanla qaldırma hərəkətində 119 kq-ı ram edib və bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 217 kq (98+119) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı pillədə qərarlaşıb.

Paylaş
Şərh yaz