Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində sonuncu yarış gününə start verilib. Körpücük üzərinə yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 69 kq-a qədər olan atletlər çıxıblar.
Bu çəkidə toplam 241 kq (109+132) nəticə ilə Elməddin Hüseynov qızıl medala layiq görülüb. Gümüş medalı 236 kq (105+131) nəticə ilə Nurlan Rəsulov, bürünc medalı isə 216 kq (98+118) nəticə ilə Samir Əskərzadə qazanıb.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
69 kq
N | Ad | İl | Şəhər/rayon | Klub/Cəmiyyət | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Hüseynov Elməddin | 2001 | Şamaxı | Zirvə | 63.4 | 109 | 132 | 241 |
2. | Rəsulov Nurlan | 2002 | Xırdalan | Zirvə | 67.8 | 105 | 131 | 236 |
3. | Əskərzadə Samir | 2002 | Neftçala | Zirvə | 65.8 | 98 | 118 | 216 |
4. | Sahibov Həsənağa | 2002 | Qobustan | UGİM | 64.2 | 95 | 118 | 213 |
5. | Qarayev Nurlan | 2001 | Gəncə | Təhsil | 69.0 | 95 | 115 | 210 |
6. | Qasımzadə Ümid | 2001 | Cəlilabad | UGİM | 69.0 | 86 | 95 | 181 |
7. | Şəmmədov Səbuhi | 2002 | Goranboy | Zirvə | 68.5 | 0 | 0 | 0 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action