9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokuna start verirlib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə də maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.
Təbrik edirik!
67 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Hüseynov Elməddin | 2001 | Şamaxı | Zirvə-Aviator | 67.0 | 118 | 142 | 260 |
2. | Cavadov Ömər | 2002 | Xırdalan | Zirvə-Aviator | 66.5 | 117 | 135 | 252 |
3. | Həsənov Fuad | 2003 | Lənkəran | UGİM-Aviator | 65.1 | 108 | 135 | 243 |
4. | Sahibov Sənan | 2004 | Qobustan | Zirvə | 65.1 | 91 | 120 | 211 |
5. | Nəbiyev Kamil | 2003 | Bakı | Spartak | 66.2 | 95 | 115 | 210 |