9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır. Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan daha biri – Elnarə Abbasova mübarizəyə qoşulub. İdmançımız 71 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 101 kq-ı ram edib.
Toplam 181 kq (80+101) nəticə göstərən Elnarə Abbasova yekun sıralamada 5-ci yeri tutub.