Elnarə Abbasova: “Bu mənim sevinc göz yaşlarım idi”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.Bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova ilə yanaşı Elnarə Abbasova da medal mübarizəsi aparıb.Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.
Qadın ağır atletimiz yarışdan sonra fikirlərini və sevinc hislərini AAAF TV ilə bölüşüb:
“Belə bir nəticəni gözləmirdim və çox sevincliyəm. Mən əziyyətimi çəkən məşqçilərimə təşəkkürümü bildirirəm və qarşılarında baş əyirəm. Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, mənim sevinc göz yaşlarım idi”.

Paylaş
Şərh yaz