İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Son olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulub. Toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürüncə isə toplam 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib çıxıb.
Təbrik edirik!
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Oğlanlar. U-15. 61 kq.
N | Adı | İl | Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Elşan | 2004 | Lənkəran | Aviator-Zirvə | 58.7 | 95 | 121 | 216 |
2. | Sahibov Sənan | 2004 | Qobustan | Zirvə | 59.8 | 90 | 110 | 200 |
3. | Məmmədli Ədalət | 2004 | İsmayıllı | Zirvə | 60.6 | 80 | 95 | 175 |
4. | Balayev Nuran | 2004 | Bakı | Təhsil | 59.0 | 73 | 97 | 170 |
5. | Məlikov Soltan | 2004 | Neftçala | Zirvə | 60.7 | 71 | 90 | 161 |
6. | Güləliyev Baloğlan | 2005 | Qobustan | Zirvə | 59.7 | 65 | 75 | 140 |
7. | Hümmətov Rəşad | 2005 | Lerik | Zirvə | 59.3 | 50 | 60 | 110 |
8. | Nəzərov Ramiz | 2005 | Lerik | Zirvə | 56.3 | 45 | 57 | 102 |
9. | Səfərov Mustafa | 2005 | Bakı | Təhsil | 60.8 | 45 | 50 | 95 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action