9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Növbəti qaliblər çəkisi 61 kq-a qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kq (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kq (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kq (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.
Təbrik edirik!
61 kq.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Elşan | 2004 | Lənkəran | Zirvə-Aviator | 60.5 | 107 | 130 | 237 |
2. | Məmmədov Tehran | 2002 | Qobustan | UGİM | 60.5 | 105 | 125 | 230 |
3. | Şükürzadə Elvin | 2003 | Lənkəran | UGİM | 60.4 | 84 | 100 | 184 |
4. | Nəbiyev Ravil | 2004 | Bakı | Sparak | 57.1 | 73 | 85 | 158 |
5. | Balayev Nuran | 2004 | Bakı | Təhsil | 60.2 | 75 | – | – |