11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Günün sonunda kişilər arasında çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kq (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşn Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kq (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kq (98+120) nəticə ilə Ömər Cavadov tutublar.
Təbrik edirik!
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 61 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Elşən | 2004 | Lənkəran | Zİrvə | 61.0 | 100 | 126 | 226 |
2. | Əhmədov Rusif | 2001 | Bakı | Təhsil | 60.4 | 101 | 121 | 222 |
3. | Cavadov Ömər | 2002 | Xırdalan | Zirvə | 61.0 | 98 | 120 | 218 |
4. | Həsənov Fuad | 2003 | Lənkəran | UGİM | 58.6 | 95 | 120 | 215 |
5. | Sahibov Sənan | 2004 | Qobustan | Zirvə | 59.5 | 82 | 105 | 187 |
6. | Nəbiyev Kamil | 2003 | Bakı | Spartak | 61.0 | 80 | 105 | 185 |
7. | Heydərov Cavid | 2002 | Neftçala | Zirvə | 59.7 | 80 | 100 | 180 |
8. | Qəmbərzadə İsmayıl | 2003 | Lənkəran | Təhsil | 60.1 | 80 | 96 | 176 |
9. | Məlikov Soltan | 2004 | Neftçala | Zirvə | 60.0 | 74 | 87 | 161 |
10. | Əliyev Pərviz | 2004 | Gəncə | Təhsil | 59.9 | 74 | 86 | 160 |
11. | Nəbiyev Ravil | 2004 | Bakı | Spartak | 55.6 | 70 | 89 | 159 |
12. | Əkbərov İsmayıl | 2004 | Neftçala | Zirvə | 60.7 | 68 | – | – |