Elşən Məmmədov: “Yarış yüksək səviyyədə təşkil olunub”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarış zamanı körpücük üzərinə yaşı 15-ə qədər olan oğlanlar arasında 56 kq çəki dərəcəsindəki atletlər çıxıblar.

Qızıl medala toplam 200 kq (92+108) nəticə ilə Elşən Məmmədov sahib çıxıb. Ağır atletimiz yarışdan sonra sevinc hisslərini AAAF Tv ilə bölüşüb: “Yarış yüksək səviyyədə təşkil olunub, hər kəsə minnətdarlığımı bildirirəm. Yarışda çox yaxşı çıxış etdim. Bu il məqsədim Avropa çempionu olmaqdır”.

Paylaş
Şərh yaz