Bu gün onlardan daha biri – Elşad Şərifov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub.
Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.
Təbrik edirik!