8-15 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib. 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Elşən Məmmədov çıxıb. O, 61 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 97 kq nəticə ilə 7-ci yeri tutub.
Elşən təkanla qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə də 7-ci olub.
Məmmədov toplam 207 kq (97+120) nəticə ilə yekun sıralamada da 7-ci pillədə qərarlaşıb.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action