Bu gün daha bir idmançımız Parisdəki dünya çempionatında mübarizəyə qoşulub. 69 kq çəki dərəcəsində çıxış edən Əfqan Bayramov “B” qrupunda körpücük üzərinə çıxıb.
Milli komandamızın təcrübəli üzvü birdən qaldırma yarışında uğurlu çıxış etməyib. Əvvəlcə o, 138 kq-ı başı üzərinə qaldırıb. Ancaq sonra sifariş verdiyi 142 kq-a güc gələ bilməyən Əfqan Bayramov nəticədə 11-ci yeri tutub.
Təkanla qaldırma hərəkəti nisbətən uğurlu alınıb. Bayramov əvvəlcə 173, daha sonra isə 178 kq-ı başı üzərinə qaldıra bilib. Ancaq o, sonra sifariş verdiyi 181 kq-ı ram edə bilməyib və təkanla qaldırma hərəkətində dördüncü yeri tutub.
Cəmi 316 kq-lıq (138 kq + 178 kq) nəticə göstərən Əfqan Bayramov yekun sıralamada da 4-cü pilləni tutub.
Birdən qaldırma – 138 kq
1. 138 kq – cəhd uğurlu oldu
2. 142 kq – cəhd uğursuz oldu
3. 142 kq – cəhd uğursuz oldu
Bu hərəkətdə tutduğu yer – 11
Təkanla qaldırma – 178 kq
1. 173 kq – cəhd uğurlu oldu
2. 178 kq – cəhd uğurlu oldu
3. 181 kq – cəhd uğursuz oldu
Bu hərəkətdə tutduğu yer – 4
Cəmi qaldırdığı çəki – 316 kq (138 kq + 178 kq)
Yekunda tutduğu yer – 4