Azərbaycanın Ağır Atletika yığması növbəti mötəbər turnirinə yola düşür. 9-18 sentyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan arasında Avropa çempionatı keçiriləcəkdir. Azərbaycan ağırlıqqaldırma milli komandası bu turnirdə dörd nəfər idmançı ilə təmsil olunacaqdır. Bunlar 62 kq-da Rauf Nəbiyev (AZAL İdman Klubu), 69 kq-da Firudin Quliyev (“Zirvə” İdman Klubu) və Nicat Rəhimov (“Neftçi” idman klubu), 77 kq-da Kamran İsmayılov (“Zirvə” İdman Klubu) və 85 kq-da Mirhüseyn Hüseynovdur (“Zirvə” İdman Klubu). Milli komanda Xanlar Nəbiyevin rəhbərliyi altında yarışa yollanacaq. Bu mütəxəssislə yanaşı, Rumıniyaya daha tanınmış idmançımız da gedəcəkdir. Dünya və Avropa çempionu, məşhur ağır atlet və məşqçimiz, “Zirvə” İdman Klubunun baş məşqçisi olan Hafiz Süleymanov da milli komandamızın yanında olacaq, öz dəstəyini verəcəkdir.
Komandamıza uğurlar diləyirik!