Yığmamız Avropa çempionatına start verdi

Rauf Nəbiyev erməni idmançını arxada qoydu

Azərbaycanın Ağır Atletika yığması Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında Avropa çempionatına start verib. Bu gün AZAL İdman Klubunun təmsilçisi olan Rauf Nəbiyev körpücük üzərinə qalxıb. 62 kq çəki dəcərəsində mübarizə aparan ağırlıqqaldıranımız birdən qaldırmada üç cəhddən ikisini uğurla başa vurub. Əvvəlcə 102, daha sonra 107 kq çəkini başı üzərinə qaldıran Rauf, 111 kq-a güc gələ bilməyib. Təkanla qaldırmada 132 kq çəkini qaldıran Nəbiyev, daha sonra sifariş verdiyi 136 kq-ın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, idmançımız cəmdə 239 kq nəticə ilə 9-cu pillədə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, güclü erməni idmançı Rubik Mamoyan bizim atletdən arxada, 12-ci yeri tutub.

Paylaş
Şərh yaz