50 kq çəki dərəcəsində qaliblər müəyyənləşdi

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.

Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Yarışlara artıq start verilib. Həm yaşı 15-ə, həm də 17-yə qədər olan ağır atletlərin 50 kq çəki dərəcəsində mübarizəsinə son qoyulub. Nəticələrlə tanış olun:

Oğlanlar (15 yaşa qədər)

50 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Hüseynov Elməddin 2001 Şamaxı 48.15 60 66 70 85 90 94 160
2. Əliyev Füqan 2001 Lerik 48.60 63 66 66 81 85 88 151
3. Məmmədov İsmayıl 2000 Lerik 48.95 65 65 69 80 83 85 145

Oğlanlar (17 yaşa qədər) 50 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Məhərrəmov Oruc 1999 Goranboy 50.00 58 60 63 70 75 75 138
2. Paşayev Rövşən 1998 Gəncə 49.60 55 55 55 63 66 69 124
3. Abbasov Elvin 1999 Samux 49.15 54 58 58 66 69 70 120
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz