62 kq çəki dərəcəsində qızıl medalçılar müəyyənləşdi

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir.

Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Yarışlara artıq start verilib. Həm yaşı 15-ə, həm də 17-yə qədər olan ağır atletlərin 62 kq çəki dərəcəsində mübarizəsinə son qoyulub. Nəticələrlə tanış olun:

Oğlanlar (15 yaşa qədər)

62 kq

N İdmançı D. tarixi Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Babayev Termenxan 2002 Naxçıvan 59.00 78 82 85 95 102 106 187
2. Şükürlü Mayıl 2001 Bakı 59.10 79 82 85 97 102 105 187
3. Baxışov İsmayıl 2001 Qobustan 58.00 75 80 80 92 96 100 171

Oğlanlar (17 yaşa qədər)

62 kq

N İdmançı D. tarixi Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Səmədov Ülvi 1998 Neftçala 58.80 83 83 90 105 110 110 200
2. İsayev Rəfail 1999 Qobustan 61.00 75 75 80 90 93 100 168
3. Məmmədov İlqar 1998 Goranboy 59.90 70 75 80 90 95 96 165
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz