Milli komandamız vətənə döndü

 

28 may-04 iyun 2011-ci il  tarixlərdə Almaniyanın Haynshayn şəhərində Usta Ağır Atletlər arasında Avropa çempionatı kemirilmişdir. Ölkəmizi bu  mötəbər  yarışda aşağıda adları qeyd olunan Milli yığma komandamızın usta atletləri  təmsil etmişdilər.

Avropa çempionatında 28  ölkənin 490 usta  atleti iştirak  etmişdir.

Belə ki, Dünya  rekordçusu Alıyev Akif M-4 yaş qrupu  üzrə 56 kq çəki  dərəcəsində birdən qaldırma hərəkətində 77 kq, təkanla isə 95 kq çəkinin öhdəsindən gələrək Avropa çempionatının qızıl medalına layiq görülmüşdür.

Digər atletlərimizdən Tağıyev Zəfər M-1 yaş qrupu  üzrə 77 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 110 kq, təkanla isə 140 kq, Kərimov Ağakərim isə M-1 yaş qrupu  üzrə +105 kq çəki dərəcəsində, birdən qaldırma hərəkərində 140 kq, təkanla 168 kq çəkinin öhdəsindən gələrək çempionatın gümüş medalına layiq görülmüşdülər.

Milli  yığma komandamız 05 iyun 2011-ci il tarixində vətənə dönmüşdülər. Növbəti 22-ci kişilər 20-ci qadınlar arasında Avropa çempionatı 2012-ci ildə Lənkəran şəhərində  keçiriləcəkdir.

Paylaş
Şərh yaz