Uzun fasilədən sonra gənclərimiz dünya birinciliyinə yola düşüblər

 

30.06-07.07.2011 Malaziyanın  Penang şəhərində ağır atletika üzrə gənclər arasında  növbəti  dünya birinciliyinə start veriləcək. Uzun fasilədən sonra Xanlar  Nəbiyevin rəhbərlik  etdiyi komanda bu  gün  bu  yarışa yola düşəcək.  Komandamız iki idmançı, 85 kq çəki dərəcəsində  Nailxan Nəbiyev və 94 kq çəki dərəcəsində Orxan Əliquluzadə ilə təmsil olunacaq. Gənc atletlərimiz Cəlil  Abdullayev, Əşrəf Gülmalıyev və Ağazaman  Əliyev  hərbi  xidmətdə olduqlarından bu yarışdan kənarda qalmışlar.  Yeniyetmələr arasında Avropa  çempionu Nailxan Nəbiyev iyul ayının 4-də podiuma çıxacaq. Atletlərimizə  uğurlar arzulayırıq.

Paylaş
Şərh yaz