Avqustun 14-də Lənkəranda sayca 5-ci “Zirvə Kuboku” keçirilib. Yarışda 65 idmançı iştirak edib. Onlar altı yaş qrupunda mübarizə aparıblar. Qadınlar, 12, 14 və 17 yaş yeniyetmələr, kişilər və veteranlar arasında keçirilən yarışda qaliblər müəyyənləşib. Qeyd edək ki, bu turnir “Zirvə” İdman Klubunun daxili çempionatıdır. Kubokda hər yaş qrupunda çıxış edən idmançılar, öz çəki dərəcələrində ən yaxşı 12 nəfərdən biridir.
Yarışlar zamanı çox maraqlı bir nəticə qeydə alınmışdır. Belə ki, 17 yaşa qədər yeniyetmələrin yarışında çıxış edən Goranboylu idmançımız Firudin Quliyev, təkanla qaldırmada 177 kq-lıq nəticə göstərərək dünya rekordunu yeniləyib.
Bütün yaş qrupları üzrə qaliblərin adlarını diqqətinizə çatdırırıq:
12 yaşa qədər yeniyetmələr
1-ci yer. Rüstəmov İsa (Goranboy) – 250,49 bal
2-ci yer. Məmmədli Əli (Lənkəran) – 226,59
3-cü yer. Mirzəyev Elsevər (Lerik) – 225,10
14 yaşa qədər yeniyetmələr
1-ci yer. Əliquliyev Kənan (Lənkəran) – 281,62 bal
2-ci yer. İmanzadə Rüstəm (Lənkəran) – 270,21
3-cü yer. Bağırov Emil (Masazır) – 258,81
17 yaşa qədər yeniyetmələr
1-ci yer. Quliyev Firudin (Goranboy) – 404,35 bal
2-ci yer. Əlizuqulzadə Elxan (Lənkəran) – 359,31
3-cü yer. Hüseynov Mirhüseyn (Xırdalan) – 342,80
Kişilər
1-ci yer. Zülfüqar Süleymanov (Xırdalan) 380,88 bal
2-ci yer. Hüseynov Dəyanət (Sumqayıt) – 341,34
3-cü yer. Nurullayev Nizam (Lənkəran) – 339,15
Veteranlar
1-ci yer. Jilyayev Vladimir (Bakı) – 394,29 bal
2-ci yer. Şahbazov Əhməd (Xırdalan) – 368,59
3-cü yer. Kərimov Ağakərim (Xırdalan) – 355,31
Qadınlar
1-ci yer. Əliyevzadə Gülçin (Qazax rayonu) – 167,48 bal
2-ci yer. Məhərrəmova Mərziyyə (Goranboy) – 162,19
3-cü yer. Abbasova Elnarə (Qazax) – 161,64