Valentin Xristov dünya çempionatında bürünc medal qazandı!

 

Fransanın paytaxtı Paris şəhərində ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatına start verilib. 5-13 noyabr tarixlərində keçiriləcək mötəbər turnirin ilk gününə kişilərin 56 kq çəki dərəcəsində mübarizəsi ilə yekun vurulub. Bu çəkidə ölkəmizi Valentin Xristov təmsil edib.

17 yaşlı idmançımız böyük uğura imza atıb. 56 kq çəki dərəcəsində çıxış edən Valentin Xristov həm təkanla qaldırma hərəkətində, həm də toplamda dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd etmək lazımdır ki, bu medal ona çox böyük çətinliklə qismət olub. Birdən qaldırma hərəkətində ilk olaraq 122 kq çəki sifariş verən idmançımız onu yalnız üçüncü cəhddə başı üzərinə qaldıra bilib. Bu əzmkarlığı hesabına Valentin birdən qaldırmada 6-cı yeri tuta bilib.

Təkanla qaldırma yarışı onun üçün daha uğurlu alınıb. İlk cəhdində 150 kq-ı qaldıran Xristov, daha sonra 154 kq-ı da ram edib. Milli komandamızın gənc üzvü bu nəticə ilə artıq dünya çempionatında üçüncü yeri təmin edib. Son cəhdində 157 kq çəkini qaldıra bilməsə də, Valentin Xristov toplamda 276 kq-lıq (122 kq + 154 kq) nəticə ilə 2011-ci il dünya çempionatında iki bürünc – həm təkanla qaldırma hərəkətində, həm də toplamda bürünc medal qazanıb.

Bütün azərbaycanlı idmansevərləri bu uğur münasibətilə təbrik edirik!

Valentin Xristov, 56 kq çəki dərəcəsi

Sifariş verdiyi çəkilər

Birdən qaldırma: 122 kq

1. 122 kq – cəhd uğursuz oldu
2. 122 kq – cəhd uğursuz oldu
3. 122 kqcəhd uğurlu oldu

Bu hərəkətdə tutduğu yer – 6

Təkanla qaldırma:

1. 150 kq – – cəhd uğurlu oldu
2. 154 kq – cəhd uğurlu oldu
3. 157 kq – cəhd uğursuz oldu

Bu hərəkətdə tutduğu yer – 3

Toplamda qaldırdığı çəki – (276 kq) 122 kq + 154 kq

Yekunda tutduğu yer – 3

TƏKANLA QALDIRMA HƏRƏKƏTİNİN YEKUN NƏTİCƏLƏRİ

1. VU Jinqbiao (ÇİN)—————————159 kq
2. JAO Çaojun (ÇİN)—————————-156 kq
3. XRISTOV Valentin (AZƏRBAYCAN)– 154 kq

4. ALVAREZ Serxio (KUBA)—————–154 kq
5. OM Yun Çol (KOREYA)———————152 kq
6. TRAN Le Kuok Toan (VYETNAM)—-150 kq
7. YANQ Çin-Yi (TAYVAN)——————-146 kq
8. MAKAROV Ruslan (ÖZBƏKİSTAN)–145 kq
9. EL MAOUI Xalil (TUNİS)——————- 0 kq (145 kq-da hər 3 cəhdi uğursuz alındı)
10. Çax KIM Tuan (VYETNAM)————0 kq (hər 3 cəhdi uğursuz alındı)

BİRDƏN QALDIRMA HƏRƏKƏTİNİN YEKUN NƏTİCƏLƏRİ

1. VU Jinqbiao (ÇİN)—————————133 kq
2. JAO Çaojun (ÇİN)—————————-128 kq
3. EL MAOUI Xalil (TUNİS)——————-127 kq
4. TRAN Le Kuok Toan (VYETNAM)—-125 kq
5. Çax KIM Tuan (VYETNAM)————125 kq
6. XRISTOV Valentin (AZƏRBAYCAN)–122 kq
7. ALVAREZ Serxio (KUBA)—————–118 kq
8. YANQ Çin-Yi (TAYVAN)——————-115 kq
9. MAKAROV Ruslan (ÖZBƏKİSTAN)–115 kq
10. OM Yun Çol (KOREYA)—————————115 kq

Paylaş
Şərh yaz