Noyabrın 8-də Paris şəhərində keçirilən dünya çempionatında milli komandamızın daha iki üzvü körpücük üzərinə çıxacaq. 69 kq çəki dərəcəsində biz bu gün Əfqan Bayramov və Sərdar Həsənovun rəqibləri ilə mübarizəsinə şahidlik edəcəyik. Hər iki idmançı bir müddət əvvəl Azərbaycan çempionatında çıxış edərək uğur qazanmışdılar. Dünya çempionatında bu atletlərimizə ümidlərmiz böyükdür. Xüsusilə, A qrupunda yarışacaq Sərdar Həsənov medal qazanmağa yaxındır. B qrupunda mübarizə aparacaq Əfqan Bayramova da uğurlar arzulayırıq.
8 noyabr
Əfqan Bayramov
Çəki: 69 kq.
Çıxış qrupu: B qrupu.
Yarışın başlama vaxtı: 16:30 (Bakı vaxtı ilə)
Sərdar Həsənov
Çəki: 69 kq.
Çıxış qrupu: A qrupu.
Yarışın başlama vaxtı: 22:00 (Bakı vaxtı ilə)