Dekabrın 7-11-i tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turniri keçiriləcək. Bu yarışda azərbaycanlı idmançılar da çıxış edəcəklər. Kişilərdən İntiqam Zairov 94 kq çəki dərəcəsində, qadınlarda isə Yuliya Dovqal +75 kq çəki dərəcəsində mübarizə aparacaq. Turnirdə idmançılarımız məşqçilər Maqsum Həsənov və Xanlar Nəbiyevin rəhbərliyi altında çıxış edəcəklər. Ağır atletlərimiz London olimpiadasında ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayacaqlar.
İdmançılarımız dekabrın 7-də yola düşəcəklər.
Yarışlar cəmi dörd çəki dərəcəsində keçiriləcək: kişilərdə 94 və +105 kq, qadınlarda isə 69 və +75 kq.
İntiqam Zairov körpücük üzərində dekabrın 10-u, Yuliya Dovqal isə 11-də çıxacaq. Hər iki idmançımızın yarışları Bakı vaxtı ilə 20.00-da başlayacaq.