Dünən Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirinə yekun vurulub. Bu yarışda iştirak edən ikinci idmançımız – Yuliya Dovqal da uğurla çıxış edərək qızıl medal qazanıb.
Bir gün əvvəl İntiqam Zairov 94 kq çəki dərəcəsində çempion olmuşdu. Qadınlar arasında +75 kq çəki drəcəsindən yarışa qatılan Yuliya da güclü rəqiblərini yenərək birinci yerə çıxıb.
Birdən qaldırma hərəkətində əvvəlcə 110, sonra 113, sonda isə 117 kq-ı qaldıran və ən güclü olan Yuliya, təkanla qaldırmada cəmi iki yanaşma edib. Əvvəlcə 131 kq, sonra isə 138 kq-ı qaldıran Dovqal, qızıl medalı təmin etdiyinə görə üçüncü yanaşmadan imtina edib.
Toplamda 255 kq nəticə göstərən idmançımızı çempion adına layiq görülüb.
Təbrik edirik!
Qadınlar +75 kq
1. YULİYA DOVQAL (AZƏRBAYCAN) – 255 kq (117 kq + 138 kq)
2. Lidia Valentin (İspaniya) – 254 kq (117 kq + 137 kq)
3. Mami Şimamoto (Yaponiya) – 238 kq (105 kq + 133 kq)