Əsas milli komandamızın Avropa çempionatı və 2012-ci il London Olimpiadasına hazırlıqlarını davam etdirdiyi bir zamanda, gənclərimiz başqa bir mötbər turnirdə iştirak edəcəklər. Azərbaycanın gənc ağır atletləri ölkəmizi Ağır Atletika üzrə 2012-ci il İslam Həmrəylik Çempionatında təmsil etməyə hazırlaşırlar. Milli komandanın baş məşqçisi Nizami Paşayev bu yarışda yığmamızın ehtiyat qüvvəsini gözdən keçirəcəkdir.
Turnir 28 yanvar – 2 fevral tarixlərində Səudiyyə Ərəbistanının Dammam şəhərində keçiriləcək. Artıq bu ölkəyə yollanacaq heyətimiz məlumdur. Məşqçilər Nizami Paşayev və Xanlar Nəbiyevin rəhbərliyi altında aşağıdakı idmançılarımız körpücük üzərinə çıxacaqlar:
Paşa İbrahimli
Rauf Nəbiyev
Firudin Quliyev
Elxan Əliquluzadə
Nicat Rəhimov
Namiq Cəmilov
Turan Abdullayev
Nailxan Nəbiyev.
Əlavə edək ki, bu yarışda beynəlxalq dərəcəli hakim, AAAF Hakimlər Kollegiyasının üzvü Vahid Nəzərov da hakim qismində ölkəmizi təmsil edəcəkdir.