Ağır atletlərimiz daha bir böyük turnirdə – Ağır Atletika üzrə 2012-ci il İslam Həmrəylik Çempionatında iştirak edirlər. Milli komandanın baş məşqçisi Nizami Paşayev bu yarışda yığmamızın ehtiyat qüvvəsini gözdən keçirir.
Turnir 28 yanvar – 2 fevral tarixlərində Səudiyyə Ərəbistanının Dammam şəhərində keçiriləcək.
Yanvarın 29-da iki idmançımız körpücük üzərinə qalxıb. 62 kq çəki dərəcəsində çıxış edən Paşa İbrahimli və Rauf Nəbiyev böyük uğur qazanıblar.
Gənc Paşa İbrahimli 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanıb. İkinci yerə toplamda 239 kq nəticə ilə daha bir idmançımız Rauf Nəbiyev layiq görülüb.
Təbrik edirik!