Firudin Quliyev birdən-birə üç medal qazandı!

İslam Oyunlarından idmançılarımızın qələbə seriyası davam edir. Paşa İbrahimli və Rauf Nəbiyevin 62 kq-dakı uğurlu çıxışından sonra körpücük üzərinə dünya rekordçusu Firudin Quliyev çıxıb. 69 kq-da ölkəmizi təmsil edən gənc ağır atlet bütün rəqiblərini üstələyərək birinci yerə çıxıb.

Firudin Quliyev birdən qaldırma hərəkətində əvvəlcə 120, daha sonra isə 126 kq-ı başı üzərinə qaldırıb. Bu çəki ona gümüş medalı qazandırıb.

Təkanla qaldırmada qızıl medal üçün isə atletimizə cəmi bir yanaşma bəs edib. İlk sifariş verdiyi 160 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyən Quliyev, sonrakı iki yanaşmaya ehtiyac duymayıb.

Furidin Quliyev cəmi dörd yanaşma ilə birdən qaldırmada gümüş, təkanla qaldırma və toplamda 286 kq ilə 1-ci pilləyə sahib çıxaraq birdən-birə üç medal – iki qızıl və bir gümüş qazanıb.

1. Firudin Quliyev – 286 kq (126 kq + 160 kq)

Təbrik edirik!

Paylaş
Şərh yaz