Səudiyyə Ərəbistanının Dammam şəhərində 28 yanvar-2 fevral tarixlərində keçirilən Ağır Atletika üzrə İslam Həmrəylik Çempionatı başa çatıb. Azərbaycan milli komandası da bu mötəbər yarışda iştirak edib. İdmançılarımızın çıxışını uğurlu saya bilərik.
Paşa İbrahimlinin 62 kq-da üç qızıl, həmin çəkidə Rauf Nəbiyevin 2 gümüş və Firudin Quliyevin 69 kq çəki dərəcəsində qazandığı iki qızıl və bir gümüş medal bizə medal sayında 3-cü yeri tutmaq imkanı verib. Bizi yalnız Misir və meydan sahibləri Səudiyyə Ərəbistanı yığmaları arxada qoya bilib.
Ümumi sıralamada isə yığmamız 18 ölkə arasında 7-ci yeri tutub.
1. Misir – 3 qızıl, 0 gümüş, 0 bürünc.
2. Səudiyyə Ərəbistanı – 2 qızıl, 5 gümüş, 0 bürünc.
3. AZƏRBAYCAN – 2 qızıl, 1 gümüş, 0 bürünc.
Bütün nəticələrlə aşağıdakı fayllarda tanış ola bilərsiniz: