Namiq Cəmilov Avropa çempionatında çıxış edə bilməyəcək

Türkiyənin Antalya şəhərində Ağır Atletika üzrə Avropa çempionatı davam edir. Milli komandamızın böyük uğurlarla müşayiət olunan çıxışı ilə yanaşı təəssüfedici bir məqam da yaşanıb. Yığmamızın bir üzvü – Namiq Cəmilov zədələnib. 85 kq çəki dərəcəsində mübarizə aparmalı olan atletimiz məşqdə belindən zədələnib. Tibbi müayinədən sonra onun AÇ-də çıxış etməyəcəyi məlum olub.

Paylaş
Şərh yaz