Boyanka Kostova 5-ci yeri tutdu

 

XXX Yay Olimpiya Oyunlarında ikinci ağır atletimiz də körpücük üzərinə qalxdı. Valentin Xristovun dünənki bürünc medalından sonra, yeganə qadın atletimiz Boyanka Kostovaya da ümidlər artmışdı.

58 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız güclü rəqiblərinin öhdəsindən gəlməliydi. Birdən qaldırmada bu işi bacarmaq gücündə olduğunu göstərdi. Əvvəlcə 100, sonra 103, sonda isə 105 kq-ı başı üzərinə qaldıran Kostova, hər üç cəhdini uğurla yerinə yetirərək bu hərəkəti üçüncü yerdə başa vurdu.

Təəssüf ki, təkanla qaldırma hərəkəti idmançımıza düşərli olmadı. Boyanka 124 kq çəkini yalnız iki cəhddən ram edə bildi. Daha sonra 128 kq-ı başı üzərinə qaldıran gənc atletimiz çıxışını başa vurdu. Rəqibləri daha yaxşı nəticələr göstərdiyindən, Kostova 233 kq-la ümumi sıralamada yalnız 5-ci yeri tuta bildi.

Adı

Çəkisi

Təkanla qaldırma

Nəticə

Birdən qaldırma

Nəticə

Toplam çəki

Tutduğu yer

Boyanka Kostova

58 kq

 100  103  105  105

 

 124  124  128  128  233  5

 

Paylaş
Şərh yaz