Silviya Angelova Avropanın gümüş medalçısı oldu!

angelova ac-13

Albaniyada kişilər və qadınlar arasında Avropa çempionatına start verilib. Bu turnirdə ölkəmizi təmsil edən idmançılar da iştirak edəcəklər. Atletlərimizdən ilk olaraq Silviya Angelova gücünü sınayıb. O, 48 kq çəki dərəcəsində mübarizə aparıb.

Bir il əvvəl – Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan qadın idmançımız, nəticəsini daha da yaxşılaşdıraraq böyük uğur qazandı. Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa ikincisi oldu. Təbrik edirik!

Birdən qaldırma hərəkətində əvvəlcə 75 kq, sonra isə 80 kq-lıq ştanqları başı üzərinə qaldırmağı bacaran Angelova, 82 kq-I ram edə bilməyib. Silviyanı bu hərəkətdə gümüş medaldan cəmi 1, qızıldan 2 kq ayırıb. İdmançımız 3-cü olaraq kiçik bürünc medal qazanıb.

Angelova təkanla qaldırma hərəkətinə də uğurla başladı. 95 kq çəkini sifariş verən idmançımız onun öhdəsindən gəlməklə həm bu hərəkətdə, həm də ümumi sıralamada bürünc medalı təmin etdi. Daha sonra sifariş verdiyi 99 kq-ı da uğurla qaldıran Silviya, təkanla qaldırmada qızıl, toplamda isə minimum gümüş medalı təmin etdi. Qalmışdı son cəhd. 101 kq-a gələn idmançımız bunu da qaldırsaydı, Avropa çempionu adını qazana bilərdi. Təəssüf ki, bu baş vermədi. Çəkini ram edə bilməyən Angelova bu şansı qaçırdı. Buna baxmayaraq, Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə göstərərək gümüş medal qazandı və ölkəmizi layiqincə təmsil etməyi bacardı. Əhsən!

Milli komandamız Avropa çempionatına birdən-birə üç – iki kiçik, bir böyük medalla start verdi. Angelovanın nümayiş etdirdiyi xarakteri alqışlamağa dəyər. Təcrübəsindən maksimum yararlanan qadın atletimiz birdən qaldırmada əldən verdiyi üstünlüyü təkanla qaldırmada geri qaytardı və Avropa çempionatının gümüş mükafatçısı adını qazandı.

Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurlarımızın davamının gəlməsini arzulayırıq!

 silviya ac 2013

Beləliklə, milli komandamız Avropa çempionatına birdən-birə üç – iki kiçik, bir böyük medalla (aktivimizə bir qızıl, bir gümüş, bir də bürünc medal yazıldı) start verdi. Angelovanın nümayiş etdirdiyi xarakteri alqışlamağa dəyər. Təcrübəsindən maksimum yararlanan qadın atletimiz birdən qaldırmada əldən verdiyi üstünlüyü təkanla qaldırmada geri qaytardı və Avropa çempionatının gümüş mükafatçısı adını qazandı.

Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurlarımızın davamının gəlməsini arzulayırıq!

48 ac 2013 w

Paylaş
Şərh yaz