Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi sona yaxınlaşır. Aktivində üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – olan Azərbaycan milli komandasının üzvlərindən sonuncusu bu gün səhər saatlarında mübarizəyə qoşulub. Nailxan Nəbiyev 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Birdən qaldırma hərəkətində baş verənlər, idmançımıza toplamda uğur qazanamağa mane oldu. Bu hərəkətdə bir qədər uğursuz çıxış edən həmyerlimiz, üç yanaşmadan sonra yalnız 160 kq-a güc gələ bilib. Bu ağırlıq isə Nailxan Nəbiyevə birdən qaldırmada yalnız 5-ci olmaq imkanı verib.
Atletimiz təkanla qaldırmada durumu düzəltməyə çalışıb. 205 kq-lıq ştanqı ram edən Nailxan, bütün rəqiblərini üstələyib. Bu hərəkətdə qızıl medala sahib çıxan Nəbiyevə, toplamda medal qazanmaq üçün… şəxsi çəkisinin bir qədər ağır olması mane olub.
Toplamda 365 kq (160 kq + 205 kq) nəticə göstərən Nailxan Nəbiyev, eyni nəticəyə – 365 kq (165 kq + 200 kq) nail olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzub. Nailxan 93, 11 kq olduğu halda, rəqibinin çəkisi 91, 61 kq olub.
Hər halda bir hərəkətdə qızıl medal da böyük nailiyyətdir. Buna görə Nəbiyevi təbrik edir, ona qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmasını arzulayırıq.
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi sona yaxınlaşır. Aktivində üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – olan Azərbaycan milli komandasının üzvlərindən sonuncusu bu gün səhər saatlarında mübarizəyə qoşulub. Nailxan Nəbiyev 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Təəssüf ki, idmançımız medal şansını son anda əldən verib.
Birdən qaldırma hərəkətində baş verənlər, idmançımıza toplamda uğur qazanamağa mane oldu. Bu hərəkətdə bir qədər uğursuz çıxış edən həmyerlimiz, üç yanaşmadan sonra yalnız 160 kq-a güc gələ bilib. Bu ağırlıq isə Nailxan Nəbiyevə birdən qaldırmada yalnız 5-ci olmaq imkanı verib.
Atletimiz təkanla qaldırmada durumu düzəltməyə çalışıb. 205 kq-lıq ştanqı ram edən Nailxan, bütün rəqiblərini üstələyib. Bu hərəkətdə qızıl medala sahib çıxan Nəbiyevə, toplamda medal qazanmaq üçün… şəxsi çəkisinin bir qədər ağır olması mane olub.
Toplamda 365 kq (160 kq + 205 kq) nəticə göstərən Nailxan Nəbiyev, eyni nəticəyə – 365 kq (165 kq + 200 kq) nail olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzub. Nailxan 93, 11 kq olduğu halda, rəqibinin çəkisi 91, 61 kq olub. Bu, isə yalnız 4-cülük üçün yetərli olub.