Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi başa çatdı. 2-11 May tarixləri arasında keçirilən mötəbər turnir Azərbaycan ağır atletika tarixində xüsusi yer tutdu. Belə ki, ilk dəfə idi ki, yığma komandamız dünya çempionatlarında medal sayına görə 3-cü yeri tutrdu.
Bildiyiniz ki, yarışa heç də tam heyətlə qatıla bilməmişdik. Qızlarımızın iştirak etmədiyi turnirdə, oğlanlardan Xristov Valentin 62 kq, Quliyev Firidun 69 kq, Rəhimov Nicat və Əliqulizadə Elxan 77 kq, İsmayılov Kamran 85 kq və Nəbiyev Nailxan 94 kq-da qüvvəsini sınadılar.
Dünya çempionatında toplamda aktivimizə üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – yazıldı. 94 kq-da Nailxan Nəbiyevin ümumi sıralamda medal qazanmasına isə şəxsi çəkisinin rəqibindən artıq olması mane oldu. Buna baxmayaraq, o, təkanla qaldırmada qızıl medal qazanaraq, ümumi medal sayımıza öz töhfəsini verə bildi.
Beləliklə, medal sayında (1-1-1) dünya çempionatında kişilər arasında 3-cü yeri tutduq. Birinci pillədə Rusiya (5-2-1), ikinci pillədə isə onlardan cəmi bir medal geri qalan Çin (5-2-0) qərarlaşdı. Ümumi medal sayı (birdən qaldırma + təkanla qaldırma + toplam) 9-a bərabər olan milli komandamız (4-3-2) bu sıralamada da dünya 3-cülüyünü qazandı. Yenə də Rusiya (10-5-3) 1-ci, Çin isə (5-3-2) bizdən cəmi bir medal artıq qazanaraq 2-ci oldu.
Yarışda cəmi 6 idmançı ilə təmsil olunsaq da, bu nəticələri qazana bilməyimiz böyük uğurdur. Azərbaycan ağır atletikası tarixində belə bir nəticə qazanmamışdıq və bu bir ilkdir. Bu qələbələri gənc atletlərimizin qazanması xüsusi sevindirici haldır. Çünki hazırda həmyaşıdları arasında ən güclülər sırasında olan ağırlıqqaldıranlarımız, daha böyük yarışlarda – böyüklər arasında Avropa və dünya çempionatlarında, eləcə də, Olimpiya Oyunlarında bu uğurları təkrarlaya biləcəklərini göstərdilər. Milli ağır atletikamızın gələcəyinin parlaq olacağını söyləməyə ehtiyac yoxdur. Son zamanlarda bütün səviyyəli yarışlarda qazandığımız uğurlar bunu sübut edir. Perudakı üçüncülüyümüz də görülən işlərin məntiqi nəticəsidir.
İdmançılarımızın hazırlığı, onlara yaradılan şərait və imkanlar, yetişməsində rolu olan hər bir kəsin bu uğurda rolu var. Əməyi keçən hər kəsə təşəkkür edir, qələbələrimizin davamının gəlməsini arzulayırıq.
Bir daha bütün ağır atletika sevərlərimizi təbrik edirik!
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi başa çatdı. 2-11 May tarixləri arasında keçirilən mötəbər turnir Azərbaycan ağır atletika tarixində xüsusi yer tutdu. Belə ki, ilk dəfə idi ki, yığma komandamız dünya çempionatlarında medal sayına görə 3-cü yeri tuturdu.
Bildiyiniz kimi, yarışa heç də tam heyətlə qatılmamışdıq. Qızlarımızın iştirak etmədiyi turnirdə, oğlanlardan Xristov Valentin 62 kq, Quliyev Firidun 69 kq, Rəhimov Nicat və Əliqulizadə Elxan 77 kq, İsmayılov Kamran 85 kq və Nəbiyev Nailxan 94 kq-da qüvvəsini sınadılar.