Qran-Pri İWF “Beynəlxalq Bakı kuboku– 2012” nümunədir

Rusiyanın rüblük “Olimp” jurnalı ötən ilin dekabr ayında Bakıda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının qran –pri seriyasından olan beynəlxalq turniri yüksək qiymətləndirib. Yarışı canlı izləyən yazı müəllifi, eyni zamanda”Olimp” jurnalının redaktoru Vladimir Saltıkov yazır ki, “post sovet məkanında sayca ikinci böyük tədbir olan Bakı kuboku və bu tədbiri təşkil edən Azərbaycan Ağır Atletika Federasiyası, bu sahədə artıq təcrübəsi olan “Rusiya Federasiyası Prezidenti Kuboku”nu belə bir çox məqamlarda kölgədə qoymağı bacardı.

Daha obyektiv olmaq üçün hər iki turnirdən konkret faktları sadalayan yazı müəllifi qeyd edir ki, “Bakıda dörd çəki dərəcəsində 19 ölkədən 54 idmançı iştirak edirdisə, Sankt- Peterburqda beş çəki dərəcəsində 13 ölkədən 29 idmançı qüvvəsini sınadı. Bakıya 2012 London Olimpiadasının 10 iştirakçısı gəlmişdirsə, Sankt Peterburqda onların sayı 7 idi. Sankt Peterburqda mübarizə sakit keçsə də, “Bakı qran Pri”si isə əksinə gərgin mübarizə ilə yadda qaldı.

London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov 62 kq çəki dərəcəsində böyük üstünlüklə qələbə qazandı. 53 kq çəki dərərcəsində isə Alyona Çiçkana ilə London Olimpiadasının bürünc mükafatçısı Kristina Yovunun da mübarizəsi idmansevərlərə həyacanlı dəqiqələr yaşatdı.

Birdənqaldırmada hər üç cəhddə uğurlu çıxış edən Oleq Çan rəqiblərini 14 kq fərqlə qabaqlaya bildi. Ancaq 69 kq çəki dərəcəsində əsl mübarizə təkanla qaldırmada başladı. Azərbaycanlı Əfqan Bayramovla Firudin Quliyev Oleq Çanla açıq rəqabətə başladılar. Və nəticədə Çen 183 kq qaldıra bilmədi. Gənclər arasında Avropa çempionu Firudin Quliyevsə şansını əldən vermədi. 190 kq qaldırmaqla adını tarixə yazdı”.

Azərbaycanın paytaxtında keçirilən Qran –Prinin təşkilatı məsələlərini yüksək qiymətləndirən Saltıkov qeyd edir ki, “təşkilatçı tərəf idmançıların, onların məşqçilərinin və rəsmi şəxslərin bütün xərclərini ödəməklə yanaşı, hakimliyə görə də, ayrıca vəsait verildi. Sankt- Peterburqda isə rusiyalı hakimlər 8 dəfə az vəsait aldılar. Onların yol xərcləri isə 4 aydan sonra ödənilib”.

Məqalədə qonaqların asudə vaxtının səmərəli təşkilindən də yazılıb. Turnir iştirakçıları üçün Azərbaycanın görməli yerlərinə təşkil olunan ekskursiya, iştirakçılara verilən xatirə hədiyyələri, bədii proqram və möhtəşəm banket xüsusilə qeyd olunur. Müəllifin sözlərinə görə, “Bakı Beynəlxalq kubokunda hər şey xırdalığınadək nəzərə alınmışdır”.

Sonda tədbir günlərində istifadəyə verilən və Qran- pri İWF “Beynəlxalq Bakı kuboku– 2012” keçirildiyi Azərbaycan Ağır Atletika Akademiyası haqqında məlumat verilir. Məqalə müəllifi bildirir ki, “ağır atletlər üçün tikilən akademiya idman-mədəni-maarif mərkəzinin bütün tələblərinə cavab verir. 15 körpücüyün yerləşdiyi xüsusiləşmiş zal, 500 yerlik tamaşaçı zalı, trenajor zalı, mehmanxana, kafe, istirahət otaqları, sauna və digər otaqları olan mərkəz təlim –məşq toplantıları, yarış və mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır”.

Məqaləyə yekun vuran Vladimir Saltıkov yazır ki, “sözsüz ki, Bakı Beynəlxalq Kuboku baş tutdu. AAAF-ın icraçı direktoru İsgəndər Əsgərovun sözləri ilə desək, bu Azərbaycan Respublikasının prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, eləcə də Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun ağır atletikanın inkişafına göstərdiyi qayğısı sayəsində mümkün olub”.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz